Məhsullarımız

 

Quba şəhəri



Bizim bələdçi-kitabçamızda siz Azərbaycanın ən maraqlı bölgələrindən birinin – Quba rayonunun tarixi, coğrafi mövqeyi, təbii zənginlikləri və əhalisinin tərkibi haqda maraqlı və faydalı faktlarla tanış ola bilərsiniz. Bundan əlavə, sizə Qubanın turizm imkanları haqda praktik informasiya, marşrutların planlaşdırılması üçün tövsiyələr, rayonun turizm infrastrukturunun quruluşu təqdim olunur.

 

Qusar şəhəri 

 

 

Öz coğrafi mövqeyinə görə “Şimal qapıları” adlanan Qusar Azərbaycanın şimalında sonuncu ən iri yaşayış məntəqəsidir. Şəhərə girərkən üstünə “Qusar” yazılmış lövhəni yanından keçib Qaçaquç adlanan yerə çatmaq və burada təpəyə yayılmış meşədə çay
içmək olar. Yeri gəlmişkən, məhz bu nöqtədə şəhərə bütöv, gözəl bir mənzərə açılır.